AzQAC-ın Bərdə rayon bölmə könüllüləri üçün İlk Yardım təlimi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın Bərdə rayon bölmə könüllüləri üçün İlk Yardım təlimi keçirilib
 First aid training for volunteers of Barda district branch of the Azerbaijan Red Crescent Society was held

12-13 oktyabr 2023-cü il  tarixdə Bərdə bölmə könüllülərinin ilk yardım üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədi ilə növbəti "Əsas İlk Yardım" təlimi keçirilib. Təlimin əsas təlimçisi AzQAC İlk Yardım əməkdaşı İlkinə Ağayeva olub. Təlimin əsas məqsədi könüllülərin davamlılığını gücləndirməklə və icma daxilində İlk Yardım biliklərini artırmaqla həm gündəlik vəziyyətlərdə, həm də fövqəladə hallarda yaralanmalarla mübarizə aparmaq üçün icmaların bacarıqlarını artırmaqdır. Təlimdə 19 könüllü iştirak edib və sonda iştirakçılara sertifikat təqdim olunub.